Bakı C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR2,0494
  • RUB0,0230
  • NEFT$59,34
^
XƏBƏR LENTİ

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb

26-01-2021, 16:06 Baxış: 42
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
 
 
Çoxcildliyin növbəti kitabına Azərbaycan Prezidentinin Vətən müharibəsi günlərində xalqa müraciətlərinin və xarici KİV-lərə müsahibələrinin mətnləri daxil edilib
 Ötən il 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağı Ermənistanın işğalından azad etdi.
Dövlətimizin başçısının 2020-ci il sentyabrın 27-dən başlayaraq xalqa müraciətləri, rəsmi "Twitter” səhifəsində paylaşımları, xarici KİV-lərə müsahibələri xalqımızın ədalətli mübarizəsi, Vətən müharibəsi və Qarabağ həqiqətləri barədə obyektiv təsəvvür yaratdı, informasiya cəbhəsində, diplomatiya müstəvisində üstünlüyümüzü təmin etdi.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı tariximizin bu şanlı səhifələrini xronoloji ardıcıllıqla və sistemli şəkildə bir daha nəzərdən keçirmək üçün dəyərli mənbədir.

Altaba.az xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2020-ci ilin sentyabr-oktyabr aylarını əhatə edir.
Hələ sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının videoformatda ümumi debatlarında çıxışı zamanı Azərbaycan Prezidenti beynəlxalq birliyi Ermənistanın hərbi təxribatları haqqında məlumatlandıraraq demişdi:
"Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hücumu nəticəsində mülki əhali və hərbçilər arasında itkilərin, yaralananların olması və ordumuzun əks-hücum əməliyyatına başlaması ilə əlaqədar dövlətimizin başçısı xalqa müraciət etdi:
"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır”. Prezidentin BMT sessiyasının ümumi debatlarında çıxışının, sentyabrın 27-də, oktyabrın 4-də və 9-da xalqa müraciətlərinin mətnləri 106-cı kitaba daxil edilib.
 
Nəşrdə dövlətimizin başçısının Vətən müharibəsi günlərində Türkiyənin "TRT Haber”, "CNN-Türk”, "Haber Global”, "Haber Türk”, Rusiyanın "Pervıy Kanal”, "Rosssiya-1”, RBK, "Əl-Cəzirə”, "Əl-Ərəbiyə”, "Euronews”, "CNN International”, "Sky News”, "France-24” telekanallarına geniş müsahibələri də yer alıb.
Kitabda Azərbaycan Prezidentinin Türkiyə, Ukrayna, Belarus, Almaniya, İran və digər ölkələrin rəhbərləri ilə telefon danışıqları, BMT-nin Baş katibi Antonio Quterreş ilə videokonfrans formatında görüşü, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında materiallar verilib.
Oxucular dövlətimizin başçısının Təhlükəsizlik Şurasının iclasında, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə çıxışlarının mətnləri, rəsmi "Twitter” səhifəsində paylaşımları ilə də bu kitabda tanış ola bilərlər. Nəşrə Azərbaycan Prezidentinin "Kiber Kosmos buraxılışı” mövzusunda keçirilmiş virtual 71-ci beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində videomüraciətinin mətni, XXIII Avrasiya İqtisadi Zirvə toplantının iştirakçılarına məktubu və digər məktubları da daxil edilib.
"Azərnəşr” tərəfindən buraxılan 106-cı kitab hazırlanılıb