71
8m/s
Sosial Tədqiqatlar Mərkəzi (STM) AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradılıb.
Ölkə Prezidenti 2019-cu il 12 aprel tarixində STM-infəaliyyətinin təmin edilməsi haqqında 624 nömrəliFərman imzalayaraq, Mərkəzin nizamnaməsini təsdiqedib. STM ictimai münasibətlərin inkişaf dinamikasınısistemli təhlil edən, bu sahədə mövcud tendensiyalarımüəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirləriniaraşdıran, müasir informasiya texnologiyaları və elmiyanaşmalar tətbiq edilməklə ictimai fikrinöyrənilməsini və sosial tədqiqatlar aparılmasını təminedən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrinidövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral2019-cu il tarixli Sərəncamı ilə Sosial TədqiqatlarMərkəzi İdarə Heyətinin sədri təyin edilən ZahidOruc ötən dövr ərzində həm parlamentin aktiv üzvü, həm də beyin mərkəzinin sədri kimi ikiqat məsuliyyəthissi ilə çalışıb və bu vəzifələrin öhdəsindən layiqincəgəlib. Onun rəhbərliyi ilə STM AzərbaycanRespublikasında sosial tədqiqat, təhlil vəproqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsiilə bağlı siyasətin formalaşdırılmasında və həyatakeçirilməsində iştirak edib.
Yeni dövlət quruculuğu sahəsində ölkə prezidentininbaşlatdığı tendensiya dalğasında özünün də yerini vərolunu müəyyənləşdirən Mərkəz iki illik fəaliyyətidövründə açıq və qapalı arayışları, hesabatları və sorğusənədləri ilə dövlət rəhbərliyinin diqqətini cəlb edəbilib, şəxsən ölkə rəhbəri cənab İlham Əliyevçıxışlarında dəfələrlə Mərkəzin hesabatlarına istinadedib.
Zahid Oruc istər pandemiya dönəmində, istər Vətənmüharibəsinin davam etdiyi gərgin dövrdə, istərsə dəpostmüharibə dövründə aktiv fəaliyyəti ilə fərqlənib. Həm ölkə mediasına, həm də qardaş Türkiyə mediasınaverdiyi çoxsaylı müsahibələrində, həmçinin sosialşəbəkə hesablarında cəmiyyəti maraqlandıranmövzularda konkret mövqe sərgiləyib, ictimai fikrindüzgün istiqamətlənməsinə çalışıb.
Beləliklə, iki yaşı tamam olan STM 2019-cu ilin siyasivə sosial mühitində baş verən böyük dəyişikliklərməramının bariz nümunəsi, ümummilli sosial dialoquntəşkili istiqamətində atılan mühüm addımlardan biridir.Zahid Orucun rəhbərlik etdiyi və öz iki illik fəaliyyətiilə bir çox uğurlara imza atan STM-in peşəkarkollektivi bundan sonra da öz hədəflərinə vəNizamnaməsində nəzərdə tutulan məqsədlərinə çatmaqüçün daha əzmlə çalışmağa davam edirlər.
Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasının 2-ci ildönümü münasibətilə tanınmış ictimaiyyətnümayəndələri tərəfindən Mərkəzə təbrik mesajlarıünvanlanmışdır.