Bakı C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR2,0494
  • RUB0,0230
  • NEFT$59,34
^
XƏBƏR LENTİ

Sərkisyan Əliyevə vəd verdiyi üçün savaş dayandırıldı – İrəvan

17-02-2021, 11:22 Baxış: 26
  Sərkisyan Əliyevə vəd verdiyi üçün savaş dayandırıldı – İrəvan
2016-cı ildəki Aprel savaşı o zamankı Ermənistan Prezidenti Serj Sərkisyanın verdiyi vədlər, eləcə də onların reallaşma qrafikinin təqdimatından sonra Azərbaycanı qane etdiyi üçün dayandırıldı.
Altaba.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib. "Aprel müharibəsi erməni tərəfininin vədlərinə görə dayandırılıb.
Bu vədlərlə bağlı müəyyən qrafik var idi və bu qrafik yay ərzində müəyyən zaman üçün nəzərdə tutulmuşdu.
Yayda Sasna Çrer hadisəsi baş verdi ki, Serj Sərkisyan bundan istifadə edib, vədlərin reallaşmasını 2017-ci ilin aprelinə qədər, daha sonra isə hakimiyyətin tranzitinə qədər təxirə saldı.
Bu insan çoxsaylı vədlər verərək, Ermənistan üçün belə bir yük yaradıb, vəzifəsini tərk edir, daha sonra isə gəlib deyir ki, mən imzalamağa hazır idim, hansısa addımı atmağa hazır idim… Mən dəqiq şəkildə bəyana edirəm ki, onun vədləri, yaratdığı dalanlar ucbatından biz ciddi problemlərlə qarşılaşdıq”, – deyə o bildirib.
O, Sərkisyanın Aprel savaşı zamanı hansı vədlər verdiyini Sərkisyanın özündən başqa heç kimin dəqiq deyə bilməyəcəyini söyləməklə kifayətlənib.
Qeyd edək ki, uzun müddətdən sonra mediaya geniş müsahibə verən S.Sərkisyan Aprel savaşında Azərbaycanın "ağır itki” verdiyi və savaşın da "Bakının xahişi ilə dayandırıldığını” deyib.
Sərkisyanın bu yalanına Ermənistanın özündə heç kəs inanmayıb.