Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək

2-03-2021, 13:07 Baxış: 27
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
"30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq”.
 
Altaba-nın məlumatına görə, bunu "TRT Haber”ə açıqlamasında mədəniyyətnaziri Anar Kərimov deyib. O qeyd edib ki, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac var:
"Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək”.
Nazir bildirib ki, işğaldan azad edilən torpaqlar yenidən inşa ediləcək:
"Biz bunu qardaş Türkiyə ilə birgə eləmək, bərpa işlərində də türk qardaşlarımızla birlikdə çalışmaq istəyirik.
Bununla bağlı Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı.
Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”.