Bakı 17° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,1929
  • RUB0,225
  • NEFT$63,05
^
XƏBƏR LENTİ

Akar Türkiyə və Rusiya arasında qarşıdurma ehtimalına münasibət bildirib

 Akar Türkiyə və Rusiya arasında qarşıdurma ehtimalına münasibət bildirib
"İraqın şimalında PKK qalmayacaq”.
Altaba.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, ən son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək. "Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək riski varmı” sualını cavablandıran nazir qeyd edib ki, istər İraqda NATO-nun varlığı, istər ABŞ-Rusiya münasibətləri, istər Aralıq dənizi, istər Qara dəniz olsun – regionda beynəlxalq diplomatiya, siyasi, təhlükəsizlik ortamı son dərəcə dinamikdir.
"Dolayısı ilə bu dinamik ortamda Türkiyə Cümhuriyyəti dövləti olaraq nəcib millətimizin haqq və mənfəətlərini qorumaq üçün gecə-gündüz demədən bütün bu iştirakçıları, amilləri dəyərləndiririk və vətəndaşımızın haqqını, mənfəətini qorumaq üçün fəaliyyət göstəririk, göstərməyə də davam edəcəyik.
Dinamik bir ortam var.
Gözümüzü, qulağımızı açmaq məcburiyyətindəyik”, - deyə H. Akar vurğulayıb.