Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Zahid Oruc son təyinatları belə dəyərləndirdi

29-07-2021, 10:53 Baxış: 96
Zahid Oruc son təyinatları belə dəyərləndirdi
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc son təyinatları belə dəyərləndirdi:
"Çox haqlı olaraq səfirlərin, yəni Azərbaycanın xarici ölkələrdəki təmsilçilərinin dəyişməsini mexaniki rotasiya etmirsiniz və bu çox düzgün yanaşmadır.
Postmüharibə dövrü ağırlığın daha artıq dərəcədə diplomatik masaya daşındığı tarixən sübut edib.
Azərbaycan bəlli regional siyasətin içərisindədir.
 
Xarici siyasət maraqlarımız düzgün müəyyənləşdirilib. Sülh, əmin-amanlıq, təhlükəsizlik istəyirik. Regional kontekstdə iddialarımız var.
Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin dövründə xarici siyasətimiz düzgün müəyyən edilib.
Etiraf edək ki, daxili siyasətdə uzun müddət çox kəskin müxalif mövqedə dayanan adamlar belə yürüdülən bu xarici siyasəti xeyli dərəcədə qəbul ediblər, ona loyal yanaşmaları mövcuddur. Alternativsiz mövqe olduğunu qeyd edirlər. Bu nöqteyi-nəzərdən səfirlər qarşılarında duran vəzifələri yaxşı bilməlidirlər.
Çünki onların üzərinə böyük məsuliyyət düşür.
Onu da qeyd edim ki, Böyük Britaniya II Qarabağ savaşındakı mövqeyi ilə Azərbaycan və Türkiyə ilə daha da yaxınlaşdı.
Hətta bir çoxları iddia etdi ki, yeni bir siyasi, hərbi formatın əsası qoyula bilər. Məhz bu cür ölkələrdə səfirlər üzərlərinə düşən işin öhdəsindən yüksək səviyyədə gəlməlidirlər.
Ümumiyyətlə, səfirlərimiz ölkələrindən gedən məxfi sənədlərə baxıb, bununla işlərini bitmiş saymalı deyillər.
Olduqları ölkələrdə yaşayan azərbaycanlılarla güclü əlaqələr qurmalıdırlar.
Aydın məsələdir ki, Xarici İşlər Nazirliyi postmüharibə dövründə daha sərt, barışmaz, güzəştsiz mövqelər tutacaqdır. Çünki Prezident son çıxışında təkcə diplomatik hücum demədi, siyasi hücumun bizə lazım olduğunu söylədi.
Bütün bunlar da səfirlərin qarşısına daha böyük vəzifələrin qoyulduğunu sübut etdi. Sonda onu deyim ki, cəmiyyətə açıqlanmasa da, Xarici İşlər Nazirliyinin hazırladığı bir sıra mühüm diplomatik, siyasi məsələlərə dair yol xəritələri, siyasət sənədləri dövlətin müvafiq strukturlarına, o cümlədən parlament nümayəndələrinə, dostluq qrupu təmsilçilərinə təqdim olunur.
Hesab edirəm ki, səfirlərlə bağlı son təyinatlar çox müsbətdir. Bu, xaricdəki anti-Azərbaycan dairələrinin neytrallaşdırılmasına da yol açacaq”.