Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Pakistan Əfqanıstanla sərhədindəki keçidi yenidən açdı

18-08-2021, 12:05 Baxış: 60
 Pakistan Əfqanıstanla sərhədindəki keçidi yenidən açdı
Pakistanın Əfqanıstanla sərhədində yerləşən "Torham” nəzarət-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.
 
Bu barədə məlumatı "Dawn” yayıb.
Bildirilir ki, sözügedən bu nəzarət-keçid məntəqəsi avqustun 15-i "Taliban” hərəkatının öz tərəfindən məntəqəyə nəzarəti ələ keçirməsindən sonra bağlanmışdı.
 
Məlumata əsasən, insan və avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulan bu keçid məntəqəsi açıldıqdan sonra məntəqədən hər iki istiqamət üzrə ümumi 750-dən çox yük maşını keçib.
 
Qeyd edək ki, "Torham” nəzarət-keçid məntəqəsi iki ölkə sərhədində yerləşən ən böyük və əsas məntəqə hesab olunur.