Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

General-leytenant Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb"

12-09-2021, 20:10 Baxış: 29
General-leytenant Hikmət Mirzəyev: "Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə qardaş ölkələr kimi düşüb"
"Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır."
 
Bu sözləri Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev deyib. General-leytenant bildirib ki, buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar:
" Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir".
General-leytenant H.Mirzəyev çıxışının davamında "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.