Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

Hikmət Hacıyev İran səfiri ilə gündəmi müzakirə etdi

13-09-2021, 19:00 Baxış: 22
  Hikmət Hacıyev İran səfiri ilə gündəmi müzakirə etdi
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
 
Bu barədə məlumatı İran səfiri öz Tvitter hesabında yayımlayıb. "Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdüyüm üçün məmnunam.
 
Onunla ikitərəfli əlaqələrimizin son vəziyyətini və ümumi narahatlıq doğuran məsələləri müzakirə etdik”, - səfir yazıb. H.Hacıyev də onun postunu paylaşaraq, görüşdən məmnunluğunu qeyd edib: "Bizi ziyarət etdiyiniz üçün təşəkkürlər.
 
Gündəliyimizdəki məsələlər üzrə səmərəli müzakirələr apardıq və həll yollarını nəzərdən keçirdik”.