Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik"

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etmişik"
"UNESCO tərəfindən "Əxi Evrən ili” elan olunması üçün müvafiq sənədləri Azərbaycan və İranla birgə hazırlayaraq təqdim etmişik”.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kırşəhirdə "Əxi Evrənin izində sənətkarlar toplantısı” tədbirində çıxışı zamanı deyib. "İndiki İran torpağı olan Xoyda doğulan, uşaqlığı Azərbaycanda keçən Xoca Əhməd Yəsəvi dərgahında yetişən Əxi Evrən sonradan Anadoluya köçüb, Kayseri, Konya, Dənizlidə, daha sonra Kırşəhirdə yaşayıb, yaradıb və burada da vəfat edib.
 
Babalarımızın əsasını qoyduğu dövlətlər təkcə qılıncla qurulmayıb”, - deyə Türkiyə dövlət başçısı qeyd edib. Xatırladaq ki, Əxi Evrən 1171-ci ildə Güney Azərbaycanın Xoy şəhərində doğulub.
Əxi Evrən adı ilə məşhur olmasına baxmayaraq, əsl adı Şeyx Nəsrəddin Mahmuddur. Uşaqlıq və ilk təhsili dövrü öz şəhərində keçib. Anadoluya gələn Əxi Evrən ilk öncə Kayseridə yerləşmiş və burada bir dabbaqlıq emalatxanası qurub.
O, şeyxi ilə birlikdə Anadolunun şəhər, qəsəbə və kəndlərini dolaşaraq, əxilik anlayışının yayılmasına və təşkilatlanmasına rəhbərlik edib.