Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Qarabağ Dirçəliş Fondu layihələrin maliyyələşdirilməsinə başlayır

4-10-2021, 11:23 Baxış: 36
Qarabağ Dirçəliş Fondu layihələrin maliyyələşdirilməsinə başlayır
 
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə obyektə maliyyə yardımının göstərilməsi ilə bağlı texniki işlərə başlanılıb”.
 
Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən Azərbaycan-Yaponiya investisiya forumunda bildirib.
 
"Hazırda ayrılacaq vəsaitlərin məbləği müəyyən edilir. Məqsədimiz bunu yaxın günlərdə etməkdir. O cümlədən ekologiya ilə bağlı bir neçə iri layihə maliyyələşdiriləcək. Çünki Qarabağda bizim təkcə tarixi abidələrimiz deyil, həm də təbii abidələrimiz, ekologiyamız məhv olub.
 
10 min hektarlarla ərazimiz, ağaclarımız məhv edilib. Bununla bağlı, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə memarandum imzalamışıq.
 
Ötən həftə Azərbaycanın bir neçə böyük şirkəti memaranduma qoşulmaq istəyini ifadə edib. Həmin şirkətlər də büdcə ayıracaq”, - deyə o, qeyd edib.
 
R.Hacıyevin sözlərinə görə, həmçinin, bir neçə potensial investorla danışıqlar aparılır: "Bu layihələr alternativ enerji ilə bağlıdır.
 
Yaxın gələcəkdə iqtisadi strategiya təsdiq edildikdən sonra Fond olaraq investorlar üçün müəyyən xidmətlər də göstərəcəyik”.