Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Saakaşvili tibbi yardımdan imtina etdi

5-10-2021, 14:03 Baxış: 32
  Saakaşvili tibbi yardımdan imtina etdi
Hazırda 12 nömrəli Rustavi həbsxanasında saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili tibbi yardımdan imtina edib.
Bu barədə məlumatı "Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, oktyabrın 1-i saxlanılan və elə həmin gün aclıq aksiyasına başlayan Mixail Saakaşvili huşunu itirdiyi halda ona tibbi yardım göstərilməsindən imtina edib. "Ailəmin və yaxınlarımın kefini pozmaq istəmirəm, lakin huşumu itirəcəyim halda əvvəlcədən tibbi yardımdan və istənilən tibbi müdaxilədən imtina edirəm.
 
Bunu sizi məyus etmək üçün yazmıram, əksinə bunu sizin daha fəal olmağınız üçün yazıram.
Hamınızı çox sevirəm”, - deyə Saakaşvili bildirib.
 
Sabiq Prezidentin sözlərinə görə, o, xalqa azadlığı və demokratiyanı bərpa etməyə kömək etmək üçün Gürcüstana qayıdıb: "Əgər öz varlığımla xalqıma kömək edə bilməsəm, özümü qurban verərək sübut etməyə hazıram ki, Gürcüstan üçün yaşamağa və ölməyə dəyər”.