Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Oqtay Əsədov Dağıstanla əməkdaşlıq sənədi imzaladı

13-05-2016, 08:06 Baxış: 287

 

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan O.Əsədov bildirdi ki, ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətləri vardır. Qeyd olundu ki, Azərbaycanla Rusiya Federasiyasının subyekti olan Dağıstan arasında əməkdaşlığın dərinləşməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin mühüm rolu olmuşdur. Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.

Milli Məclisin sədri diqqətə çatdırdı ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlayır və bu bizim ölkəmiz üçün önəmli bir hadisədir.

O.Əsədov münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd etdi, qanunvericilik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirdi.

Səmimi sözlər üçün təşəkkürünü bildirən X.Şixsaidov Dağıstanın Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi.

O, Azərbaycanın böyük oğlu Heydər Əliyevlə Dağıstan nümayəndə heyətlərinin görüşünü məmnunluqla xatırlayaraq bu dahi şəxsiyyəti zəmanəsinin görkəmli siyasi xadimi kimi dəyərləndirdi.

Qonaq görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin dünən Mahaçqala şəhərində abidəsinin təntənəli açılışını dağıstanlıların onu daim qəlblərində yaşatmalarının, Dağıstanın inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin bariz nümunəsi kimi dəyərləndirdi.

Ali qonaq dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsində, möhkəmləndirilməsində, eləcə də qanun yaradıcılığı işində Milli Məclisə uğurlar dilədi. Bildirdi ki, dağıstanlılar Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini arzulayır.

Sonra qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak edirdilər.

Görüşdən sonra Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisi arasında əməkdaşlıq barədə sənəd imzalandı.