Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Pənah Hüseyn: "Qiyamçılar qalib gəlsəydi..."

17-07-2016, 08:07 Baxış: 602
Pənah Hüseyn: "Qiyamçılar qalib gəlsəydi..." 
"Türkiyədə hərbi çevriliş cəhdinin   xalqın meydanlarda ifadə olunan demokratik müqaviməti  nəticəsində qarşısının alınması    təkcə Türkiyə və türk milləti üçün deyil dünyadakı  bütün türklər və müsəlman sivilizasiyası üçün önəmli hadisədir". Tezis.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn musavat.com -a verdiyi açıqlamada qeyd edib. Sabiq Baş nazir daha sonra deyib: 
"Hərbi çevrilişə qarşı Türkiyə  meydanlarında, tankların önündə Azərbaycan türkləri, o cümlədən mənim partiya yoldaşlarım , Azərbaycan bayrağı da dayanmışdı. 
Bu hadisələr zamanı Türkiyədə və türk cəmiyyətində toplumsal səviyyədə demokratik potensial və perspektivin, çağdaş siyasi mədəniyyət   və dəyərlərin mövcudluğu   ağırlıqlı şəkildə  ortaya qoyuldu və bütün problemlərinə baxmayaraq müasir Türkiyə dövləti  və  cəmiyyəti təcrübəsinin    müsəlman dünyası  üçün prioritet model perspektivini xilas edildi. 
Hesab edirəm ki, Allah göstərməsin,  Türkiyə qeyb etsəydi , ondan az olmayaraq Azərbaycan, Qarabağ  davamız qayb edəcəkdi. Odur ki, 15- 16 iyul hadisələrində müqavimət qurbanları  yalnız Türkiyə uğrunda deyil, bütün türk və müsəlman  dünyası, Azərbaycan üçün şəhid oldular.
İyulun  15- dən16- na keçən gecə İstambul  və Ankara   "müsəlmanlarda,  türklərdə   demokratiya  mümkün deyildir",- deyənlərə layiqli cavab verdi.  Eyni zamanda türk cəmiyyəti  Ərdoğana və onun  son dövrdə əhəmiyyətli şəkildə yıpranıb cazibəsini xeyli itirmiş və zədələnmiş  AK parti eksperimentinə  var olma və  davam üçün bəlkə də son şans verdi. Təmənna edirik ki, bu şans gerçəkləşəcəkdir. 
Allah Türkiyəni  və türk millətini qorusun.
Tezis.az