Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqləndi

22-07-2016, 15:36 Baxış: 339
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibi təsdiqləndi
Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.
Tezis.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri 
Quluzadə Ramin Namiq oğlu - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Kollegiyanın üzvləri: 
Abdullayev Əli İzzət oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Məmmədov İltimas Əhməd   oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini   
Vəlizadə Elmir Tofiq oğlu - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Məmmədov Rövşən Həmid oğlu - Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri
Məmmədov Tahir Nadir oğlu - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri
Əsədov Elnar Tahir oğlu - Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin  direktoru
"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.