Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Ramil Usubov 3 rayona yeni polis rəisi təyin etdi

14-05-2016, 11:21 Baxış: 1 629
Ramil Usubov 3 rayona yeni polis rəisi təyin etdi 
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Zaqatala Rayon Polis Şöbəsinin rəisi Arif Babayev vəzifəsindən azad edilib. Nazirin digər bir əmrinə əsasən, A.Babayev Yardımlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edib. 

Yardımlı Rayon Polis Şöbəsinin rəisi Nadir Məmmədov isə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

Zaqatala, Yardımlı və Qəbələ rayon polis şöbələrindən faktı təsdiqləyiblər.

AzNews.az