Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Qüdrət Həsənquliyev: "Onların “qəhrəmanlığı” Milli Şuranın Moskvada cızılmış sərhədlərinə qədərdir"

16-05-2016, 14:22 Baxış: 550

 

Qüdrət Həsənquliyev: "Onların “qəhrəmanlığı” Milli Şuranın Moskvada cızılmış sərhədlərinə qədərdir"

 

 

"Biz uzun illərdir ki, Rusiyanın münaqişədə tərəf olduğunu, danışıqların da forpost İrəvanla deyil, Moskva ilə aparılmalı olduğunu deyirik.

Vaxtilə bizi buna görə ittiham edənlərin əhəmiyyətli hissəsi artıq reallıqları dərk etməyə başlayıblar. Onlar bizim kimi Rusiyanın münaqişədə tərəf olduğunu açıq şəkildə dilə gətirməsələr də Qarabağla bağlı  müzakirələrin məhz bu ölkə ilə aparılması barədə danışmağa başlayıblar”.   

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının  (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bir neçə il öncə Rusiyanın həyata keçirmək istədiyi hakimiyyət dəyişikliyi layihəsində iştirak edənlər, Moskvanın Milli Şura adlı antimilli çətirinin altında daldalananlar hələ də onları Rusiyapərəstlikdə ittiham edirlər.

"Amma Rusiyanın münaqişədə tərəf olduğunu deməkdən qorxurlar. Onların "qəhrəmanlığı” Milli Şuranın Moskvada cızılmış sərhədlərinə qədərdir. Biz isə hər zaman olduğu kimi xalqımızla səmimi danışırıq, həqiqəti deyirik və real vəziyyəti izah edirik”.

Modern.az