Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Milli Məclis sədrinin I müavini: “Konstitusiyada günün tələblərinə cavab verməyən məsələlər var”

18-08-2016, 15:27 Baxış: 396

Milli Məclis sədrinin I müavini: “Konstitusiyada günün tələblərinə cavab verməyən məsələlər var”

"Hər bir cəmiyyətin həyatında dəyişiklik vacibdir. Bəzən deyirlər ki, Referendum Aktı layihəsi, Konstitusiyada ediləcək dəyişikliklər nə üçündür? Bu, ölkənin inkişafı ilə əlaqədardır. Elə məsələlər var ki, günün tələblərinə cavab vermir”.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əskərov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Z.Əsgərov müşavirədə "Referendum da iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik müxanizmləri” mövzusunda çıxış edib. O bildirib ki, Konstitusiya hüquqi dövlətin tələblərinə cavab verməlidir: "Heç bir ölkə deyə bilməz ki, tam hüquqi dövlətdir. Heydər Əliyev deyərdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz də bu dəyişiklikləri etməklə mərhələ-mərhələ hüquqi dövlət prinsiplərinə cavab verməyə çalışırıq. Referendum elə hüquqi fenomendir ki, burada xalq bütövlükdə iştirak edir. Burada xalqın iradəsi əks olunur. Hər bir Refendum Aktı cəmiyyətin barometridir, inkişafın göstəricisidir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var”.