Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Oruc Zalov: Referendum ərəfəsində icazəsiz mitinqlərə imkan verilməyəcək

18-08-2016, 15:37 Baxış: 569
Oruc Zalov: Referendum ərəfəsində icazəsiz mitinqlərə imkan verilməyəcək

"Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalov bildirib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək: "Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.

Nazir müavini qeyd edib ki, qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar: "Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqə sonra orada olacaq”.

O.Zalov əlavə edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır: "Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”.