Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Eldar İbrahimov: Hər zaman sülhpərvərlik mövqeyindən çıxış etmişik

19-08-2016, 17:11 Baxış: 207
Eldar İbrahimov: Hər zaman sülhpərvərlik mövqeyindən çıxış etmişik

Eldar İbrahimov: "Hər şeyi zaman göstərəcək” 

Krımın Rusiyaya birləşməsindən sonra Kremlin Azərbaycan tərəfə istiqamətlənəcəyi təhlükəsinin yaxınlaşdığı barədə fikirlər çoxalıb. Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı rejimdə bir qrup şəxsin Dağlıq Qarabağın Rusiyanın tərkibinə verilməsi şüarı ilə çıxış etməsi isə ən ciddi təhlükənin Dağlıq Qarabağa yarandığını söyləyənlərin sayını artırıb. 

Bir sıra siyasi şərhçilər hesab edir ki, Rusiya təhlükəsi elə həddə çata bilər ki, Azərbaycanda iqtidarla müxalifətin əməkdaşlığı, vahid cəbhədə birləşməsi zərurəti yaranar. Yəni şərtlər demokratik müxalifətin iqtidarla əməkdaşlığını qaçılmaz edə bilər. Müxalifət hakimiyyətlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bəs iqtidar düşərgəsi necə düşünür?

Öncə Kremlin Azərbaycan tərəfə istiqamətlənəcəyi məsələsinə toxunan YAP-çı millət vəkili Eldar İbrahimov hələlik Azərbaycanı belə bir təhlükənin gözlənilən olmadığını deyib. Onun sözlərinə görə, mövcud şəraitdə Rusiya rəhbərliyinin Azərbaycana qarşı münasibəti kifayət qədər "isti”dir: "Ukraynadan sonra Rusiyanın Azərbaycanı hədəf alacağını düşünmürəm və belə bir təhlükəni real hesab etmirəm. Rusiya üçün Krım bir tamam başqa məsələ, Azərbaycan və Dağlıq Qarabağ isə başqa məsələdir. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibət çox yaxşıdır. Ölkə başçıları arasında da münasibətlər kifayət qədər normaldır. Bu mənada hələ ki, şimal qonşumuzdan bizə qarşı heç bir təhlükə gözlənilmir”.

Azərbaycanın Gömrük İttifaqı və Avrasiya Birliyinə üzvlük məsələsi ilə bağlı Rusiyanın təzyiqlər edib- etməyəcəyinə gəldikdə isə E.İbrahimov hələ ki, bu mövzuda danışmaq üçün çox

tez olduğu qənaətindədir: "Bu layihələrin reallaşdırılmasına hələ çox var və bu barədə hər hansı proqnoz vermək doğru olmaz. Hər şeyi zaman göstərəcək”.

Rusiya təhlükəsi fonunda iqtidar-müxalifət əməkdaşlığına gəldikdə isə YAP-çı millət vəkili iqtidarın milli məsələlər fonunda hər zaman müxalifətlə əməkdaşlığa hazır olduğunu deyib: "İqtidar hər zaman istənilən mövzuda müxalifətlə danışıqlara hazır olduğunu bəyan edib. Təbii ki, bunun üçün ilk növbədə müxalifət konstruktiv müxalifət olmalıdır. Ancaq təəssüflər olsun ki, bizim müxalifətin vəzifəsi söyüş söyməkdən o tərəfə keçmir”.