Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Terrora qarşı birlikdə, qətiyyətlə mübarizə aparmalıyıq - İlham Əliyev

22-08-2016, 14:57 Baxış: 686

Terrora qarşı birlikdə, qətiyyətlə mübarizə aparmalıyıq - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qaziantep şəhərində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayışla əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Türkiyə mətbuatı xəbər verir ki, Prezident İlham Əliyev terror hücumu nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu çox sarsıtdığını bildirib:

"Əziz qardaşım. Qaziantepdə təşkil edilən terror hücumunda çox sayda insanın həlak olması xəbərindən dərindən sarsıldım.

Terrora qarşı birlikdə, qətiyyətlə mübarizə aparmaq lazımdır. Yaşanan faciə səbəbiylə sizə, həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm, yaralılara şəfa diləyirəm."