Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

23-08-2016, 17:23 Baxış: 511
Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
 Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli ƏhmədovBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Kroftsu qəbul edib.
YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşdə, həmçinin sentyabrın 26-da Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.