Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Hikmət Babaoğlu: "Vitse-prezidentlik institutu səmərəli idarəetməni təmin edəcək”

23-08-2016, 18:13 Baxış: 331

Hikmət Babaoğlu: "Vitse-prezidentlik institutu səmərəli idarəetməni təmin edəcək”

"Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu müqayisə edilə bilməz”

"Hazırda Azərbaycan çox ciddi hüquqi siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi -Referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşlarını müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü Konstitusiyaya dəyişikliklər, 6-sı isə əlavədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, təklif edilən əlavə və dəyişiklər əsasən insan hüquq və azadlıqlarına yönəlib: "Eyni zamanda Azərbaycanda mövcud idarəetmə institutları daha da optimallaşdırılır. Əgər xalq bu islahatlara səs verəcəksə, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarə etmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu prosesdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Nazirlər Kabinetinin bu vaxta qədər ölkə iqtisadiyyatında, ölkənin idarə olunmasında, islahatların aparılmasında lokomotiv olub-olmaması da müzakirə məsələsi deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu müqayisə oluna bilməz. Bu baxımdan biz məsələnin daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Bu yeni qurum özü-özülüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək”.