Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Millət vəkili Qüdrət Həsənquliyev Rio olimpiadasının qaliblərini təbrik etdi

22-08-2016, 12:46 Baxış: 925
Millət vəkili Qüdrət Həsənquliyev  Rio olimpiadasının qaliblərini təbrik etdi
Rio olimpiadası başa çatdı. Bu münasibətlə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev idmançılarımızı təbrik edib. 
Təbrikdə deyilir:
”İdmançılarımızın Rio olimpiadasında uğurlu çıxışına görə onların hər birini, o cümlədən Azərbaycana yeganə qızıl medalı qazandırmış Taekvando Federasiyasını və xüsusilə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Ümid edirəm ki, uşaq idman məktəblərini ölkənin hər bir yaşayış məntəqəsində açmaqla biz gələcəkdə daha böyük uğurlara imza atacağıq. Heç şübhəsiz, idmanın təbliği və inkişafı üçün şəraitin yaradılması mənəvi və fiziki baxımdan daha güclü nəslin formalaşmasını təmin edəcək.  Sonda xalqımızı olimpiadada əldə etdiyimiz qələbəyə görə bir daha təbrik edirəm”.