Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Kəmaləddin Heydərov İranın kənd təsərrüfatı naziri ilə nədən danışdı?

17-05-2016, 17:24 Baxış: 455
Kəmaləddin Heydərov İranın kənd təsərrüfatı naziri ilə nədən danışdı?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Tezis.az-a bildirilib ki, nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verərək deyib ki, qonşu və dost ölkə olan İranla çoxşaxəli əməkdaşlıq bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də uğurla inkişaf edir. 
Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Mahmud Höccəti rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışıb, uyğun sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 
Tezis.az