Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

YAP niyə AKP-nin qurultayına çağrılmadı?

17-05-2016, 18:06 Baxış: 361

 

"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mayın 22-dəki növbədənkənar qurultayı ilə bağlı YAP-a rəsmi dəvət məktubu gəlməyib”.

Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

O bildirib ki, hakim partya hər zaman AKP-nin bütün ali tədbirlərinə dəvət olunub:

"Yeni Azərbaycan Partiyası (YAP) hər zaman AKP-nin bütün ali tədbirlərinə dəvətli olub və yüksək səviyyədə iştirak edib. Ancaq bu dəfə ki, qurultayla bağlı YAP-a hansısa dəvət müraciəti daxil olmayıb. Çox güman ki, müraciət və rəsmi dəvət olmasa, iştirakımız da gözlənilmir”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı isə deyib ki, AKP-nin budəfəki qurultayına heç bir ölkədən nümayəndə heyəti dəvət almayıb:

"Məndə olan məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının budəfəki növbədənkənar qurultayına heç bir ölkədən nümayəndə heyəti dəvət olunmayıb.
Ona görə də, Yeni Azərbaycan Partiyası da AKP-nin növbədənkənar qurultayında təmsil olunmayacaq”.

Qeyd edək ki, bir müddət öncə Baş nazir Əhməd Davutoğlunun sədrliyi ilə AKP-nin iclası keçirilmişdi. Partiyanın iclasında Davudoğlunun istefa məsələsi gündəmə gəlmişdi. AKP-nin növbəti qurultayında Əhməd Davudoğlu partiya sədrliyinə namizədliyini verməyəcək. Qurultayın isə mayın 22-də keçirilməsi barədə qərar qəbul edilib./Modern.az