Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycanla Ermənistan arasında BAĞIŞLAMAQ fərqi- Sahib Alıyev aydınlıq gətirir

20-05-2016, 23:25 Baxış: 357
Azərbaycanla Ermənistan arasında BAĞIŞLAMAQ fərqi- Sahib Alıyev aydınlıq gətirir 
"Respublika Günüylə bağlı Azərbaycanda dustaqlara amnistiya verilir, Ermənistanda isə əfv gözlənildiyi bildirilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsüylə Azərbaycanda reallaşdırılacaq növbəti amnistiyadan bütövlükdə 10 min adam yararlanacaq ki, onlardan da üç min beş yüzü azadlığa qovuşacaq. Serj Sərkisyanın isə səkkiz özünəbənzəri əfv etdiyi deyilir"- bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Tezis.az-ın məlumatına görə, o deyib: "Azərbaycanda amnistiyadan o dustalqar yararlanacaqlar ki, elə də təhlükəli cinayət törətməyiblər, vətən qarşısında müəyyən xidmətləri, öhdələrində körpə və yaxud da əngəllilər var, qaçqın, köçkün həyatı yaşayıblar və sair. Ermənistanda isə həbsxanadan buraxılanların qatı cinayətkarlar olduğu vurğulanır və onların cəbhəyə göndəriləcəkləri gözlənilir. O da bildirilir ki, guya həmin cinayətkarlar özləri belə bir arzuda olublar".
Millət vəkili "baxın, Azərbaycanda dustaqlara yenidən azadlığa çıxıb daha gözəl yaşamaq, keçmişin ağır yükündən qurtulmaq şansı verildiyi halda, Ermənistanda belələri ön xəttə ölümə göndərilirlər. Bax, budur reallıq. Ölkəylə forpostun, sivil dövlətlə hərbi cinayətkar rejimin fərqi buradan da görünür"- deyə fikrini tamamlayıb.
Tezis.az