Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Səməd Seyidov: "Razılıq aldıq"

23-05-2016, 13:28 Baxış: 431

 Səməd Seyidov: "Razılıq aldıq"

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyunun ortalarında Bakıya gələcək.

Tezis.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Səməd Seyidov "Twitter” şəbəkəsində məlumat verib.

Bu gün Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edən Səməd Seyidov həmməruzəçilərdən səfərlə bağlı razılıq aldıqlarını söyləyib:

"Monitorinq komitəsinin məruzəçiləri iyunun ortalarında Azərbaycana gəlməyə razılıq verdi".

Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri avstriyalı deputat Ştefan Şennah və rumıniyalı deputat Florin Predadır.