Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Bakıda mənzildən 70 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

7-12-2016, 10:34 Baxış: 269
 
Bakıda mənzildən 70 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

 Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Altaba.az-ın "Report"-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Ələkbər Qasımov küçəsi ev 26-da yaşayan 1948-ci il təvəllüdlü Əli Əliyevə məxsus mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Oğrular mənzildən 70 min manat pul və 1 000 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.