Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək

25-01-2017, 18:40 Baxış: 121
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” sərəncam imzalayıb. "Report" xəbər verir ki, sənədə əsasən Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Sumqayıt şəhərinin Bakı-Quba yolunun 37-ci kilometrliyində yerləşən 170,75 hektar torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsinin təmin edilməsi ilə bağlı üç ay müddətində tədbirlər görmək və digər məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.