Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Azərbaycanda mobil nömrə satışı dayandırıldı - Rəsmi

2-02-2017, 19:54 Baxış: 205

Azərbaycanda mobil nömrə satışı dayandırıldı - Rəsmi Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb. Lent.az xəbər verir ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir. "Azercell", "Bakcell" və "NAR Mobile" mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumatı deyəcəklər. Azərbaycanda mobil telefon nömrələrinin satışının dayandırılmasının səbəbi məlum olub. Mobil operatorlardan bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır. Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.