Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Sahib Məmmədov: "2000 manatdan yuxarı cəriməsi olanların amnistiya aktının təsirinə düşməsi üçün..."

2-06-2016, 00:13 Baxış: 230
Sahib Məmmədov:  "2000 manatdan yuxarı cəriməsi olanların amnistiya aktının təsirinə düşməsi üçün..." 
"Bu günlərdə hüquq müdafiəçisi Taleh Xasməmmədov belə bir məlumat yaymışdı ki, Göyçay İcra idarəsinin cərimə cəzası verilmiş şəxsləri çağırıb cərimə ödəməyi tələb edirlər. Mən bu gün Milli Məclisdə İnsan hüquqları məsələləri üzrə birgə İşçi Qrupun iclasında bu məsələni aydınlaşdırdım". Bu sözlər hüquq müdafiəçisi Sahib Məmmədovundur. O, Baş Prokurorluğun Baş idarə rəisinin verdiyi məlumatı Tezis.az-ın oxucularının diqqətinə çatdırıb: 
"Məsələ belədir: Amnistiya aktı 2000 manata qədər cəriməsi olan şəxslərə tətbiq edilir. 2000 manatdan yuxarı cəriməsi olanların da amnistiya aktının təsirinə düşməsi üçün İcra İdarələri belə insanları dəvət edərək onlara təkilf edir ki, cərimənin 2 000 manatdan yuxarı hissəsini ödəsin. Misal üçün, kiminsə cərimə borcu 2300 manatdırsa, ona təklif olunur ki, 300 manatı ödə və amnistiya aktı sənə də tətbiq edilsin. Kimsə bunu qəbul etmirsə və aybay cəriməni ödəmək niyyətindədirsə buyursun".
Sahib Məmmədov bildirib ki, şəxs 2000 manatdan yuxarı olan hissəni ödəməklə 2000 manat qabağa düşür. Hətta belələrinə amnistiyanın icrası dövründə 2000 manatdan yuxarı olan məbləğı hissə-hissə ödəməyi təklif edirlər.
Kimsə təklifi qəbul etmirsə heç kəs onu məcbur edə bilməz".
 
Sahib Məmmədov eyni zamanda Taleh Xasməməmmədova tövsiyyə edib ki, məlumatı əvvəlcə yoxlamaq və sonra bəyanat vermək lazımdır: "Hüquq müdafiəçisinin əsas vəzifəsi budur".
Tezis.az