Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Azərbaycanda kişidən həyat yoldaşına qeyri-adi 8 Mart hədiyyəsi – VİDEO

7-03-2017, 23:43 Baxış: 271
Azərbaycanda kişidən həyat yoldaşına qeyri-adi 8 Mart hədiyyəsi – VİDEO

Uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev ona öz böyrəyini bağışlamaq qərarına gəlib. O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.

Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub.

Uğurlu əməliyyat 8 Mart Qadınlar günü ərəfəsində gerçəkləşib. Cütlüyün vəziyyəti normaldır.

Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.