Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Xüsusi təyinatlılar rus səfirliyinin önünə yeridildi

4-06-2016, 10:09 Baxış: 189

Xüsusi təyinatlılar rus səfirliyinin önünə yeridildi

Bu gün səhər saatlarında Rusiyanın Bakıdakı səfirliyinin qarşısına xüsusi təyinatlı polislər və Daxili Qoşunların qüvvələri yeridilib. 

Tezis.Az məlumat verir ki, xüsusi təyinatlıların ərazidə əməliyyat keçirdiyi müşahidə olunub. 

Ərazidə xidmət aparan polis əməkdaşları heç bir açıqlama verməyiblər. Nəsimi Rayon Polis İdarəsindən APA-ya sözügedən əraziyə xüsusi təyinatlıların çıxarıldığı təsdiqlənsə də, ətraflı məlumat verilməyib. 

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə sorğuya cavab olaraq bildirib ki, bu gün səhər saat 08.00 radələrində Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər. E. Zahidov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər.