Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Bakıda xüsusi zolaqlarda hərəkət qadağan ediləcək

11-04-2017, 18:35 Baxış: 199
Bakıda xüsusi zolaqlarda hərəkət qadağan ediləcək "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlardan istifadə ilə bağlı cərimə tətbiqinə hələ başlanmayıb”.

Bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev lent.az-a açıqlamasında bildirib: "Bakıda müəyyən edilən yollarda "IV İslam Həmrəyliyi Oyunları” zolaqları üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulduqdan sonra qaydanı pozan sürücülər cərimələnəcək”.

K.Əliyev deyib ki, həmin zolaqlarda hərəkəti qadağan edən nişanların qoyulması prosesinə, çox güman ki, may ayının əvvəlində start veriləcək: "Qadağa mayın sonuna kimi davam edəcək. Hələlik isə yol nişanlarının qoyulması prosesinə başlanmadığı üçün sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb”.

K.Əliyev əlavə edib ki, sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə cərimə olunacaqlar: "24 saat ərzində zolaqlara nəzarət ediləcək. Aidiyyəti olmayan avtomobillərin cərimələnməsi və məbləğ haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.