Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Qulu Məhərrəmli istefa verdi

6-06-2016, 15:54 Baxış: 367
Qulu Məhərrəmli istefa verdi
 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli vəzifəsindən azad edilib.
 
Dilçilik İnstitutunun mətbuat xidmətindən Tezis.az-a verilən məlumata görə, bu gün Elmi Şuranın növbədənkənar iclası keçirilib.
 
İclasda Qulu Məhərrəmlinin istefa ərizəsinə baxılıb və ərizə qəbul olunub.

 
Qeyd edək ki, Qulu Məhərrəmli Monitorinq şöbəsinə 2014-cü ildən rəhbərlik edib. O, şöbə müdiri olarkən Dilçilik İnstitutunun "Qaynar xətt”i fəaliyyətə başlayıb. Q. Məhərrəmlinin rəhbərliyi altında reklamlarda, ictimai iaşə obyektlərində, yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib.