Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

14-04-2017, 20:25 Baxış: 221
Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, şagirdlərin zəhərlənmələrinin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.