Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

Qumar oyunlarına görə cəzalar ağırlaşdırılır

19-04-2017, 17:54 Baxış: 336
Qumar oyunlarına görə cəzalar ağırlaşdırılır Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə cəza ağırlaşdırılır. Modern.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliklə bu işi görənlərə cərimə də tətbiq olunacaq. Hazırki qanunvericiliyə əsasən, bu əməllərə görə, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bundan sonra qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə on min manatdan on min beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.