Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Kütləvi dava - Polis əməkdaşı döyüldü

8-06-2017, 10:11 Baxış: 294
Kütləvi dava - Polis əməkdaşı döyüldü Gəncədə polis əməkdaşı döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında Gəncə şəhərində bir qrup şəxs arasında kütləvi dava olub. Nəticədə Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Elçin Fərman oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Əliyev polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.