Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

BAKIDA MAŞIN İŞIQFORUN QIRMIZI İŞIĞINDA KEÇƏRƏK QƏZA TÖRƏDİB, 2 NƏFƏR YARALANIB

25-06-2017, 09:56 Baxış: 203

BAKIDA MAŞIN İŞIQFORUN QIRMIZI İŞIĞINDA KEÇƏRƏK QƏZA TÖRƏDİB, 2 NƏFƏR YARALANIB Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə "Audi" markalı avtomobilin Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında keçməsi nəticəsində qeydə alınıb.

Bu zaman "Audi" digər işıqforun yaşıl işığında keçən "Nissan" markalı avtomobilə, ardınca isə "Mercedes"ə çırpılıb. Sonuncu avtomobil də öz növbəsində işıqforun dirəyinə dəyib. Qəza nəticəsində Fərid Hüseynov və Klim adlı xarici ölkə vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil deformasiyaya uğrayıb. Azadlıq prospektində maşınların sıxlığı yaşanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.