Bakı 12° C Temperatur

78

5m/s

  • USD1.7000
  • EUR1.9459
  • RUB0.0259
  • NEFT$66.63
^
XƏBƏR LENTİ

Əliməmməd Nuriyev dövlət qulluğu ilə bağlı problemləri AÇDI

10-07-2017, 11:34 Baxış: 86
Əliməmməd Nuriyev dövlət qulluğu ilə bağlı problemləri AÇDI "Dövlət İmtahan Mərkəzi və Dövlət qulluğuna qəbul Komissiyasının birləşdirilməsi islahatların dərinləşməsinə gətirib çıxaracaq".

Publika.az xəbər verir ki, bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Dövlət Qulluğuna dair qanunvericiliyinin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dövlət Qulluğuna və DİM-in nizamnaməsinə edilən dəyişikliklər fəaliyyətin şəffalaşmasına xidmət edir: "Bununla yanaşı Dövlət qulluğu ilə bağlı bir sıra problemlər var. Biz buna Dövlət Qulluğu Komisiyyasının fəaliyyətində də rast gəlirdik. Əsasən müsabiqə məsələlərində problem olur. Problemlərin daha vakansiyaların gecikdirilməsi və ya gizlədilməsi ilə bağlı idi. Bunun səbəbi digər şəxsləri işə götürməklə bağlı olurdu. Ümid edirəm ki, bu, problemlər aradan qaldırılacaq".

Fondun rəhbəri qeyd edib ki, digər məsələlərdən biri etik davranış qaydaları ilə bağlıdır: "Etik məsələlər üzrə qurumun kimin tabeliyində olması məsələsi həll olunmalıdır. Yenə dövlət qurumunun tabeliyində olacaqsa, ciddi və səmərəli fəaliyyət göstərməyəcək. Çünki, daxildəki sirrin ört-basdır edilməsinə çalışırlar. Düşünürəm ki, gələcəkdə bu istiqamətlərdə işlər görülməlidir".