Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Saatlıda yol qəzasında üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb

14-07-2017, 22:37 Baxış: 303
 
Saatlıda yol qəzasında üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi  "54 BF 813” dövlət nömrə nişanlı "VAZ 2106” markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.