Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Ölkəmizdə insanlar ən çox bu xəstəlikdən ölür

18-07-2017, 12:34 Baxış: 273
Ölkəmizdə insanlar ən çox bu xəstəlikdən ölür Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunan nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat Rəşad Mahmudov çıxışında dünyada ürək-damar xəstəliklərinin ölümün və əlilliyin yaranması problemlərin önündə gəldiyini bildirib.
Onun sözlərinə görə, ötən il ölkədə qeydə alınan ölüm hallarının 57,8 faizi ürək-damar xəstəlikləri və qan dövranı sistemlərinin pozulması ilə bağlı olub.
R.Mahmudov əlavə edib ki, hazırda Azərbaycanda ürək-damar xəstəliklərinin müalicəsi sahəsində kifayət qədər kadr var: "Xəstəxanalar bu gün işlərini reklam üzərində deyil, daha sağlam şəkildə rəqabət aparmaq və mətbuat vasitəsilə insanları maarifləndirmək üzərində qurmalıdırlar. Ölkədə bu xəstəliyin sayında artımın olmasına səbəb əvvəllər diaqnozu qoyula bilməyən ən mürəkkəb xəstəliklərin bu gün diaqnozunun vaxtında qoyulmasıdır. Süni həyat tərzi də buna öz təsirini göstərmiş olur".