Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Elgiz Əkbər metroya mindi, tanınmışları yıxıb sürüdü

13-06-2016, 16:14 Baxış: 1 070
Elgiz  Əkbər metroya mindi, tanınmışları yıxıb sürüdü  
Bu günlərdə sosial şəbəkələrdə teleaparıcı Elgiz Əkbərin metroda şəkilləri paylaşılıb. 
Metrodan istifadə edən aparıcının bu addımı birmənalı qarşılanmayıb. Olduqca bahalı maşına sahib olan Elgiz Əkbərin metroya minməsini sosial şəbəkə istifadəçiləri kasıblaşması ilə əlaqələndirib. 
Məsələ ilə bağlı danışan aparıcı metrodan mütamadi istifadə etdiyini bildirib. 
"Bizdə elə tanınmış adamlar var ki, onların maşını olmasa da, pul verib taksidən istifadə edir. Çünki, onlar özlərini sadə xalqdan üstün sayırlar. Kimsiz siz? Xalqın içində olmaq lazımdır. Biz tanınmışlar daha çox xalqın içində olmalıyıq. Dünyada bir çox tanınmış simalar, hətta nazirlər, baş nazirlər də metrodan istifadə edir. Bizdə isə tanınmışlar özlərini göylə aparırlar. Bunlar metroya minməyi alçalmış kimi baxırlar. Fikirləşirlər ki, metroya minsələr zərləri tökülər". 
Daha sonra aparıcı bir az da əsəbləşərək mövzu ilə bağlı şou-biznes adamlarından isə, ümumiyyətlə, danışmaq istəmədi: "Şou-biznes adamları kimi ki? Mən şou-biznes adamı deyiləm, ona görə də onlar barədə heç danışmaq istəmirəm. Yoxsa konkret ad çəkərəm."/Bizimyol.info