Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

SABAH RESPUBLİKA ƏRAZİSİNDƏ HAVANIN TEMPERATURU 36 DƏRƏCƏYƏ ÇATACAQ

17-09-2017, 13:34 Baxış: 161
 SABAH RESPUBLİKA ƏRAZİSİNDƏ HAVANIN TEMPERATURU 36 DƏRƏCƏYƏ ÇATACAQ

Sentyabrın 18-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 19-21°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.