Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Sabahdan Məhərrəm ayı başlayır

21-09-2017, 17:34 Baxış: 887
Sabahdan Məhərrəm ayı başlayır
Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
Miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.
Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq. İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.
28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.
Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.