Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Bakı metrosunun yay qrafiki necə olacaq?

14-06-2016, 13:12 Baxış: 226
Bakı metrosunun yay qrafiki necə olacaq?İyunun 22-dən Bakı metrosu yay qrafikinə keçir.
Tezis.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq: "Qış qrafikində bunlar 30 cüt/saat qatarla idi. Yəni "Həzi Aslanov" - "28 May" stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. "28 May" - "İçərişəhər", "28 May" - "Dərnəgül" xətləri arası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq".
N.Paşayevin sözlərinə görə, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: "Pik saatda qatar 2 dəqiqədən bir xəttə buraxılırsa, qeyri-iş günlərində interval 2.5 dəqiqə olacaq. Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər və gecə saatlarında fərqli qrafik olur".