Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

FHN Akademiyasında Milli Qurtuluş Günü qeyd edildi

14-06-2016, 20:35 Baxış: 300
FHN Akademiyasında Milli Qurtuluş Günü qeyd edildiİyunun 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Heydər Əliyev məktəbinin lektoriyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tezis.az-ın FHN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan toplantıda çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirib ki, xalqımız dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olub. Məhz buna görə Ulu Öndərin siyasi hakimiyyətə qayıtdığı gün - 1993-cü ilin 15 iyun tarixi haqlı olaraq Milli Qurtuluş Günü kimi tariximizə həkk edilib. 
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov çıxışında qeyd edib ki, Heydər Əliyevin xilaskarlıq missiyası impulsiv, epizodik hadisə deyildi: "Məhz bu missiya Azərbaycanın gələcək tarixinin, xalqın taleyinin müəyyənləşdirilməsində həlledici rol oynayıb. Xalqımızın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbətlə yanaşan ümummilli lider həm də bu dəyərlərin qoruyucusu idi. Ulu öndərin xalqın təkidli tələbi ilə siyasi rəhbərliyə qayıdışı ilə vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız, adət və ənənələrimiz, mərasimlərimiz xalqa qaytarıldı. Bütün məsələlərə konseptual yanaşan ümummilli lider Heydər Əliyevin ədəbi-nəzəri fikirləri ilə əməli fəaliyyətinin vəhdəti nəticəsində Azərbaycan ədəbiyyatı və mədəniyyəti də inkişaf etdi. Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan mədəniyyətinin daha da inkişafı üçün geniş perspektivlər açılıb”. 
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən, iqtisadiyyatın inkişafı və sosial sahədə həyata keçirdiyi islahatlardan bəhs edib. İ.Abbasov bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 
FHN Akademiyasının rəis müavini polkovnik Afət Qurbanov da 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz yerindən, xalqımızın və dövlətimizin xilası üçün həyata keçirdiyi titanik missiyadan söz açıb.