Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Müəllimlər imtahana çəkiləcək

15-06-2016, 10:12 Baxış: 261

Müəllimlər imtahana çəkiləcək
Sabah Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanlarına başlanılacaq.
Tezis.az xəbər verir ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ümumi elektron sənəd verən namizədlərdən 2107 nəfərin ərizəsi təsdiqlənib. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir.

"Eyni zamanda bildiririk ki, mövcud qaydalara əsasən test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçə bilər. Ona görə də, hazırda namizədlərin hansı bölgələrə yerdəyişmə etmək istədikləri müəyyən edilməyib”, deyə məlumatda qeyd edilib./azvision/