Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

"Validsiz tənhayam, xoşbəxt deyiləm" - Ofeliya Sənani

30-10-2017, 17:17 Baxış: 362
"Validsiz tənhayam, xoşbəxt deyiləm" - Ofeliya Sənani "Heç yarım saat yadımdan çıxmır. Valid hər dəqiqə yadımdadır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Ofeliya Sənani "Xəzər maqazin”ə açıqlamasında deyib.

Aparıcı həyat yoldaşı Valid Sənanini itirdikdən sonra çətin günlər keçirməsindən danışıb:

"Validin xətrinə bu yaşda maşın sürməyi öyrəndim. Onu həkimlərə daşımaq üçün bunu etməliydim. Yeriyə bilmirdi, onu güclə qaldırırdım, düşürdüb həkimə aparırdım. Öz səhhətimdə də problemlər yarandı. Fəqərə sütunumda düzəlməyən elə problemlər ortaya çıxdı ki... İşdən ayrılandan sonra bütün xəstəliklərim üzə çıxdı. 
Küçəyə çıxmağa həvəsim olmur. Nəvəm, nəticəm var, amma yenə də tənhayam. Mübariz insanam. Necə deyim xoşbəxtəm? Axı o, yoxdur... Yubileyimdə güclə məni evdən çıxarmaq istədilər. Dedim ki, Validsiz istəmirəm. O, olsaydı hər şeyi ələ almışdı”.